Baş nazir canlı yayımda idmançını dodaqlarından öpən federasiya prezidentinə səsləndi: "İstefa ver" 

img

23-08-2023 [00:02]


İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales dünya çempionu adını qazanan qadın futbol komandaısnın kapitanının zorla dodaqlarından canlı yayım gedərkən öpməsi ölkədə siyasi gərginlik yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançes Milli Komandanın futbolçusu Cenni Hermoso ilə öpüşən federasiya prezidenti Luis Rubialesi istefaya səsləyib.

O, Rubialesin üzr istəməsinin bu xoşagəlməz hadisəni qapatmağa kifayət etmədiyini deyib: "Onun üzrü məqbul deyil. O, gərəkli addımı atmalı, istefasını verməlidir".

Xatırladaq ki, dünən federasiya prezidenti  komandanın  kapitanı Cenni Hermosonun canlı yayımda zorla  dodaqlarından öpməsini "böyük xəta" adlandırıb: "Etiraf etməliyəm ki, tamamilə xətalıyam. Buna görə hər kəsdən üzr istəyirəm".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR