TFF "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Adana Dəmirspor"un oyunlarını təxirə salıb

img

22-08-2023 [17:53]


Türkiyə Futbol Federasiyası (TFF) avrokuboklarda mübarizə aparan "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Adana Dəmirspor"un bu həftə keçiriləcək liqa oyunlarını təxirə salıb.

Mia.az-ın Türkiyə mətbuatına istinadla məlumaına görə, superliqanın 3-cü həftəsində “Qalatasaray” avqustun 26-da “İstanbulspor”un qonağı olacaqdı. 

Avqustun 27-də "Fənərbağça" öz meydanda "Başakşəhər"lə, "Beşiktaş" və "Adana Dəmirspor" 28 avqustda Dolmabağçada üz-üzə gələcəkərdi.

TFF-nin  qərarı ilə bu matçlar daha sonra oynanılacaq.

Onu da qeyd edək ki, "Qalatasaray"ın Çempionlar Liqasının pley-off mərhələsində "Molde" ilə, "Beşiktaş" "Dinamo Kiyev"lə "Fənərbağça" "Tvente" ilə, "Adana Demirspor" isə Belçikanın "Genk" komandası ilə "döyüşcək".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR