Bahar Muradovanın şübhəli tenderləri: milyonluq tenderlərin daimi qalibləri kimlərdir? - Araşdırma
21-08-2023 [17:12]
Milli Məclisin keçmiş vitse-spikeri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin ediləndən bu yana qurum 50 satınalma müsabiqəsi keçirib.
Bahar Muradova 12 mart 2020-ci ildə sözügedən komitənin sədri vəzifəsinə təyinat alıb. Onun təyinatı hakimiyyətin başlatdığı islahatlar kampaniyası dövrünə təsadüf edir.
Reportyor.info-nun araşdırması zamanı məlum olub ki, keçirilən satınalma müsabiqələri əsasən məişət zorakılığına, narkomaniyaya, korrupsiyaya qarşı mübarizə tədbirləri, uşaq problemləri, qurumun regionlardakı mərkəzlərinin təmiri və s. bu kimi Komitənin kompetensiyasında olan məsələlərlə bağlıdır.
Bağlanmış satınalma müqavilələrin toplam maliyyə dəyəri 10 274 276,52 AZN təşkil edir.
Tenderlərdə daha çox aşağıdakı şirkətlər qalib seçilib:
“Baku Holiday” MMC
“Bright Solutions” MMC
“Aqrolayn Qrup” MMC
“A ənd J Holding” MMC
“Şahdağ Mehmanxana” MMC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Baku Holiday” MMC 8 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 95, mənzil 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Ramil Nurəddin oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumata rast gəlinmir. Baxmayaraq ki, şirkət 10 ildir fəaliyyət göstərir.
Ramil Rzayev həm də “Baku Holiday Travel” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət turizm sektorunda fəaliyyət göstərir. Xarici ölkələrə, eyni zamanda ölkədaxili istirahət məkanlarına turlar təşkil edir.
“Baku Holiday” MMC ilə Komitə arasında bağlanan satınalma müqavilələrdə məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planının beynəlxalq və regional təşkilatların iştirakı ilə beynəlxalq konfransın , narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının 2023-cü ildə öhdəlikdə olan tədbirlərin və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının 2023-cü ildə öhdəlikdə olan tədbirlərin təşkilinin satın alınması nəzərdə tutulur.
Aydın olur ki, Komitə məişət zorakılığı ilə yanaşı narkomaniya və korrupsiyaya qarşı da mübarizə aparır. Bəs bu mübarizə nə dərəcədə effektivdir?
Reallıq göstərir ki, istər məişət zorakılığı, istər narkomaniya, istərsə də korrupsiya ilə bağlı vəziyyət heç də ürəkaçan səviyyədə deyil.
Təkcə məişət zorakılığı ilə bağlı mediada yayımalnan faktlar kifayət edir ki, bu sahədə vəziyyətin acınacaqlı olması barədə aydın təsəvvür yaransın.
Məsələnin maraqlı tərəfi budur ki, 2020-ci ildə məişət zorakılığını qurbanı olmuş qadınların sayı 41 nəfər olub. Onlar yaxınları tərəfindən qətlə yetirlib. 2021-ci ildə, yəni, Bahar Muradovanın 1 illik fəaliyyəti dövründə isə 70-dən artıq qadın məişət zorakılığının qurbanı olub. Bu barədə Mehriban Zeynalova mediaya açıqlamasında bildirib.
Təkcə 2023-cü ilin iyul ayında məişət zorakılığı ilə bağlı mediada yer alan materiallara diqqət etdikdə məlum olur ki, zərərçəkənlərin sayı 30-dan artıqdır.
Narkomaniya ilə bağlı da oxşar vəziyyətdir. Hər gün hüquq-mühafizə orqanları onlarla narkotik aludəçisi, eyni zamanda onun satışı ilə məşğul olanları həbs edir.
Ötən il ərzində narkotiklərlə əlaqəli 10493 fakt qeydə alınıb. 8 535 nəfər isə məsuliyyətə cəlb olunub. Bunlardan 228 nəfəri qadındır.
2023-cü ilin ilk 5 ayı ərzində isə narkotiklərlə əlaqəli 4 932 fakt qeydə alınıb.
Korrupsiya barədə isə danışmağa belə dəyməz. Demək olar ki, hər gün mediada korrupsiya faktları ilə bağlı məlumatlar dərc edilir.
O zaman sual olunur: Komitənin keçirdiyi tədbirlər niyə effektiv deyil?
Əlbəttə, biz narkomaniya və korrupsiyaya qarşı məhz Komitənin mübarizə aparmalı olduğunu demirik. Hər iki sahədə vəziyyətin acınacaqlı olmasına görə də məsuliyyəti yalnız Komitənin üzərinə qoymaq niyyətindən uzağıq. Amma hər halda qurumun keçirdiyi tədbirlərin effekt vermədiyini söyləmək mümkündür.
Komitənin tenderlərində aktiv iştirak və adətən qalib seçilən “Bright Solutions” MMC ilə bağlanan satınalma müqavilələri də məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirləri ilə əlaqədardır.
“Bright Soıutions” MMC 25 yanvar 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mir Cəlal küçəsi, ev 123, mənzil 10-da yerləşir. MMC-nin qanuni təmsilçisi Nurməmmədov Zaur İnqilab oğludur.
Şirkət və qanuni təmsilçisi barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bu “Bright Solutions” MMC-nin yeni yaranması ilə bağlı ola bilər. Amma bu şirkət dövlət sifarişlərini icra etdiyi üçün şəffaf fəaliyyət göstərməlidir.
Yeri gəlmişkən, “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması vacibdir.
Bir ilin şirkətinin bu kriteriyaralara cavab verdiyi inandırıcı görünmür. Hər halda güclü maddi-texniki bazaya malik şirkətin ən azı internet səhifəsi olmalı idi.
Komitənin tenderlərində diqqətçəkən məqamlardan biri də “Şahdağ Mehmanxana” MMC və “A ənd J Liftinq” MMC-nin vaxtaşırı qalib elan edilməsidir.
“Sahdağ Mehmanxana” 6 may 1989-cu ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 91 166 AZN, qanuni təmsilçisi isə Rəhmanlı Qəmbər Aydın oğludur.
Komitə ilə “Şahdağ Mehmanxana” MMC arasında bağlanan satınalma müqavilələri əsasən tədbirlərin təşkili ilə bağlıdır. Təkcə 2023-cü ildə tərəflər arasında bağlanmış müqavilələrin ümumi maliyyə dəyəri 1 289 976 AZN təşkil edir. Yəni, Komitə 2023-cü ildə “Şahdağ Mehmanxana” MMC vasitəsi ilə keçirdiyi tədbirlərə milyon yarım vəsait xərcləyib.
Bu tədbirlər haqqında mediada hər hansı məlumata rast gəlinmir.
“A ənd J Holding” MMC-yə gəlincə, şirkət 16 noyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 510 540 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 30-da yerləşir. Şirkətin qanuni təmsilçisi Məhərrəmzadə Əlibala Səttar oğludur.
Araşdırmalarımız zamanı məlum olub ki, “A ənd J Holding” MMC təsadüfi şirkət deyil. Daha doğrusu, onun Komitənin tenderlərində qalib seçilməsi təsadüfi deyil.
Bu şirkətlə “Şahdağ Mehmanxana” MMC arasında bağlılıq var.
Məsələ burasındadır ki, “Şahdağ Mehmanxana” MMC 2015-ci ilə qədər ASC kimi fəaliyyət göstərib. 2015-ci ildə ASC-nin səhmləri satışa çıxarılıb. Səhmlərin satışı üzrə investisiya müsabiqəsində “A and J Liftinq” MMC qalib seçilib.
Aydın olur ki, “Şahdağ Mehmanxana” və “A ənd J Holding” əslində elə eyni şirkətdir. Bu arada qeyd edək ki, Komitə ilə “A ənd J Holding” arasında bağlanan satınalma müqavilələri də tədbirlərin təşkili ilə əlaqədardır. Yəni, “A ənd J Holding” “Şahdağ Mehmanxana” MMC-nin funksiyasını yerinə yetirir.
Görünür, “Şahdağ Mehmanxana” MMC-nin adı çox hallandığına, növbəti tenderlər “A ənd J Holding” MMC-yə verilib.
Komitənin tenderlərində vaxtaşırı qalib seçilən şirkətlər arasında “Aqrolayn Qrup” MMC-nin də adını çəkmək olar.
“Aqrolayn Qrup” MMC 13 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, N. Rəfiyev küçəsi, ev 11, mənzil 10-da yerəşir. MMC-nin qanuni təmsilçisi Əliyev Kənan Maarif oğludur.
Ondan əvvəl isə qanuni təmsilçisi Məmmədov Şəmsun Bəhrəm oğlu olub. Şirkətin yaradıldığı ildə təsisçilərinin Hacıyev Eldar Üzeyir oğlu və Mirzəyev Cəmil Yusif oğlu olduğu göstərilir.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumata rast gəlinmir. Bu isə şirkətin ciddi maddi-texniki bazaya malik olduğuna şübhə yaradır.
Digər tərəfdən, “Aqrolayn Qrup” MMC-nin adına 2020-ci ildə Dövlət Vergi Xidmətinin saytında işçilərinin əməkhaqqını ödəmək üçün dövlətdən kömək alanların siyahısında rast gəlinir.
Belə bir şirkətin tenderlərdə qalib seçilməsi maraqlıdır.
Adındakı “aqro” ifadəsinə görə bu şirkət məntiqlə kənd təsərrüfati sahəsində fəaliyyət göstərməlidir. Amma Komitənin məişət zorakılığı ilə bağlı tenderlərinin qalibi olur.
Fikrimizcə, Komitənin keçirdiyi tədbirlərin effektiv olmamasının səbəbi aydındır.
Kənd təsərrüfatı sahəsinə aid, tender əməliyyatlarında iştirak üçün yaradılan, qaranlıq məqsədlərə xidmət edən şirkətlərlə görülən işlər necə effektiv ola bilər ki?
MİA.AZ
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI və ya tarixi imtahandan sinifdə qalanlar...