Erməni silahlıları Laçın istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd  edib

img

20-08-2023 [18:13]


Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR