SAVAŞ CIZIĞINDAN ÇIXIR: Kiyevə 61 F-16 göndərilir - Qərb ölkələrinin qərarına Moskvadan çox sərt reaksiya verildi: "Cavabsız qalmayacaq" (FOTOLAR)
21-08-2023 [00:06]
2022-ci ilin fevralında başlayan Ukrayna-Rusiya müharibəsini daha da şiddətləndirəcək proseslər yaşanır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq ABŞ-dan sonra Danimarka və Hollandiya da Ukraynaya F-16 döyüş təyyarələri göndərmək qərarına gəlib.
Bu barədə ötən gün Niderlandda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski baş nazir Mark Rutte ilə birgə təslim ediləcək təyyarələri anqarda yoxlayıb və oradan ilk anonsu verib.
O, sosial medaia hesabında yazıb ki, Hollandiya (Niderland) ölkəsinə 42 ədəd F-16 qırıcısı verib: "Bu gün Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün daha bir addım atırıq. F-16. Rus terrorçularını Ukraynanın şəhər və kəndlərindən uzaqlaşdırmaq üçün istifadə edəcəyimiz təyyarələr... Mark Rutte ilə pilotlarımızın və mühəndislərimizin hazırlanmasından sonra Ukraynaya veriləcək F-16-ların sayı barədə razılığa gəldik. Bu hələ başlanğıcdır. Hollandiyaya təşəkkür edirəm".
Niderland Krallığının Baş naziri Mark Rutte isə F-16-ların Kiyevə evrilməsi barədə belə deyib: "Danimarka və Niderland Ukraynaya F-16 döyüş təyyarələri göndərmək barədə razılığa gəldilər...".
Niderland Krallığının Müdafiə naziri Kajsa Ollonqren avqustun 18-də F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılmasının ABŞ tərəfindən təsdiqləndiyini açıqlayıb: "Biz ABŞ-ın F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılmasına razılıq verməsini alqışlayırıq. Bu, bizə ukraynalı pilotların təlimini başa çatdırmağa imkan verir".
O, növbəti addımlar üçün avropalı tərəfdaşları ilə əlaqə saxladıqlarını bildirib.
Niderlandın xarici işlər naziri Vopke Hoekstra isə amerikalı həmkarı Antoni Blinkenə əməkdaşlığa görə təşəkkür edib: "Bu, Ukraynanın öz xalqını və ölkəsini müdafiə etməsi üçün mühüm mərhələdir".
Rusiya xarici işlər naziri Sergey Lavrov isə Ukraynaya F-16-ların verilməsini nüvə təhdidinə bərabər hadisə adlandırıb: "Bu, son dərəcə təhlükəli addımdır. ABŞ-ın F-16 döyüş təyyarələrinin nüvə qabiliyyətinə göz yumula bilməz. Bu, açıq şəkildə nüvə təhlükəsidir. Əlbəttə, cavabsız qalmayacaq".
Onu da qeryd edək ki, bir neçə gün əvvəl Rusiya lideri Putin də F-16-larla bağlı jurnalistlərə belə açıqlama vermişdi: "NATO təbii ki, Ukrayna müharibəsində iştirak edir. Hərbi texnika onsuz da göndərilir, indi də hava gücü veriməyi planlayırlar. "Leopard" tankları Ukraynada necə yanır, necə məhv olursa, F-16-lar da p "Leopard"lar kimi yanacaq, buna heç bir şübhə yoxdur”.
Xatırladaq ki, Danimarka isə Ukraynaya 19 F-16 qırıcısı göndərəcək. ABŞ-ın isə neçə F-16 verəcəyi isə hələlik bəll deyil.
Lamiyə Əhmədli
Mia.az



Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO