Xanım deputatdan şok açıqlama: "Qələt edirlər yazırlar"

img

27-05-2014 [22:57]


Bu gün İnterpress.az saytında Millət vəkili Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlının bu yaxınlarda tutduğu vəzifədən uzaqlaşdırılacağı haqda xəbər verilmişdi. Verilən xəbərdə rektorun işdən çıxarılması üçün dərslərin bitməsinin gözləndiyi deyilirdi.

Xeberdar.az saytı bu məsələyə aydınlıq gətirmək üşün, Rektor Aqiyə Naxçıvanlı ilə əlaqə saxlayıb. Aqiyə Naxçıvanlı saytımıza açıqlamasında məlumatın yalan olduğunu, bunu onu istəməyən adamların uydurduğunu bildirib. "Qələt edirlər yazırlar. Onlar kimdir ki, məni vəzifəmdən çıxarırlar, basqasını qoyurlar. Rektorun işdən çıxarılması səlahiyyəti cənab prezidentə aiddir. Cənab prezident kim məsləhətdi onu çıxaracaq, kim məsləhətdi işləyəcək. Bilirsiz, şor yağı qiymətdə ötüb. Ziyalını qiymətləndirə bilmir bunu yazanlar. Ona görə də, nə yazırlar yazsınlar. Onu yazanları Universitetə dəvət edirəm. Gəlsinlər... nə görürlər gedib onu da yazsınlar.”- deyə rektor Aqiyə Naxçıvanlı bildirib



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA