"Beşiktaş" İtaliyada oynayan türk futbolçunu transfer etmək istəyir

img

18-08-2023 [14:02]


“Beşiktaş” “Verona”da çıxış edən türk əsilli mərkəz müdafiəçi Koray Günteri heyətinə cəlb etmək istəyir.

Mia.az xartici mətbuata istinadla xəbər verir ki,bu barədə italiyalı idman jurnalisti Nikolo Şira paylaşım edib.

O bildirib ki, "Beşiktaş" Koray Günter üçün hərəkətə keçib: "Artıq tərəflər aarsında danışıqlar başlayıb".

Xatırladaq ki, son mövsümü icarə əsasları ilə "Sampdoriya"da keçirən Koray Günter bir müddət "Qalatasaray"da çıxış edib. 

29 yaşlı müdafiəçi "Qalatasaray"da 50 oyun keçirib.

O, "Sampdoria"da isə 10 oyuna çıxıb və 2 sarı vərəqə alıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR