"Qalatasaray"ın oyunçusu klub satın aldı

img

18-08-2023 [00:29]


"Qalatasaray"ın yeni transferi Vilfrid Zaha ölkəsi Fil Dişi Sahilində klub satın alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 4-cü Liqada fəaliyyət göstərən "Espoir Club D'Abengourou"nun tam sahibi olub.

"The Sun"da çıxan xəbərə görə, Fil Dişi Sahilinin futbolçusu 50 milyon funt-sterlinq sərvətinin bir hissəsini bu kluba xərcləyəcəyini deyib.

30 yaşlı ulduz futbolçu bildirib  ki, ölkəsinə necə kömək edəcəyini daim düşünür: "Ölkəmə necə kömək edə biləcəyimi düşünürdüm. Qardaşım mənə futbol klubu almaq fikrini verəndə, məni izləyən və istəyən uşaqları düşünərək bunu qəbul etdim. Ölkəmdə futbol oynamaq istəyən çoxlu uşaq var, lakin onlar fürsət tapa bilmirlər”.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR