“Azərişıq” ASC-nin 27 milyonluq tenderi: qalib kimlərdir?

img

17-08-2023 [09:47]


“Azərişıq” ASC-nin keçirdirdiyi tender müsabiqələrinin qalibləri məlum olub.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqələrinin qalibləri – “Smart Energy Services” MMC və “Enerji Construction” QSC olub.

“Azərişıq” ASC Mingəçevir şəhəri ərazisində yerləşən mövcud 35/6 kV-luq 2×10 MVA gücündə “Karxana” yarımstansiyasının 110/35/6 kV-luq 2×40 MVA gücündə yenidənqurulması və 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınmasına görə “Smart Energy Services” MMC-yə 14 milyon 987 min 836 manat 45 qəpik ödəyəcək.

“Enerji Construction” QSC-yə isə Tovuz rayonu, ərazisində 110/35/10 Kv “Tovuz Şəhər” yarımstansiyasının 2×25 MVA gücündə yenidənqurulması, giriş-çıxış xətlərinin köçürülməsi işlərinin satın alınmasına görə 12 milyon 331 min 466 manat 47 qəpik ödəyəcək.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA