Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17-08-2023 [00:02]
Qoç - diqqət və detallara həssas yanaşma tələb edən mürəkkəb işlər üçün əlverişli zaman deyil. Diqqətsiz davranış nəticəsində bəzi təfərrüatlar yaddan çıxa bilər. Maliyyə problemlərinin həllində təkbaşına fəaliyyət göstərməyin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında xurafata aldanmayın. Mövqelərinizi qorumaq üçün iradəli və qətiyyətli olun. Geri çəkilməyin, ifrat güzəştlərə getməyin. Sizi dəstəkləyən insanlara fikir verin. Çətin anlarda onlara arxalana bilərsiniz.
Buğa - yaşananlara gerçək baxın. Praqmat və realist olun. İllüziyalar aləminə qapılmayın, təxəyüllərdən qurtulun. Faydalı işlə məşğul olmağa çalışın. İdeyalar çox olsa da, onları həyata keçirmək çətindir. Yardıma zərurət var. Məqsədə çatmaq üçün süst davranmayın.
Günün ikinci yarısında travmalar riski artır. Ehtiyatlı olun. Axşam saatlarında xoş xəbərlər alacaqsınız. Çox dəyər verdiyiniz insanla qarşılaşacaqsınız.
Əkizlər - gün çoxlu problemlər vəd edir. Peşəkar fəaliyyət müstəvisindəki problemlərin həlli çox enerji, qüvvə və səy tələb edir. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün aktiv olun.
Yaxın ətrafınızdakı insanlar qələbələrinizi görmək istəməyəcək, səhvlərinizi isə dərhal seçəcəklər. Bədbinliyə qapılmayın. Tərəfdaş və dostların yardımlarından istifadə edin.
Günün ikinci yarısında yaşam tonusunun səviyyəsi aşağı düşəcək. İşləri azaldın, bir qədər istirahət edin. Zərərli vərdişlərin torundan çıxmağa çalışın. Dürüst qidalanın.
Alış-verişdə çox pul xərcləməyin.
Xərçəng - narazılıq yaradacaq gündür. Halbuki bir sıra planları uğurla reallaşdıra biləcəksiniz. Yaxın ətrafınızdakı insanların fikir və mövqelərinə həddən ziyadə fikir verməyin. Əslində laqeyd olduğunuz insanların xoşuna gəlməyə çalışmayın. Pis əhvaldan qurtulmaq üçün nikbin olun.
Günün ikinci yarısında kiçik məişət problemlərini fəlakət kimi qəbul etməyin. Belə problemlərdən qurtula bilməyəcəksiniz. Amma belə çətinliklərin ağır fəsadları olmayacaq. Kiçik maliyyə itkiləri mümkündür.
Şir - çoxsaylı xoşagəlməz anlar vəd edən gündür. Çoxdankı rəqiblər və düşmənlərlə qarşıdurma olacaq. İnandığınız insan sizə xəyanət edəcək. Etibar etdiyiniz insan təəssüf hissi doğuracaq hərəkətə yol verəcək.
Yaşananlara sakit yanaşın, təmkinli və soyuqqanlı olun. Aqressiv davranmayın. Əks təqdirdə yeni münaqişələr istisna deyil. Günün ikinci yarısında əmlakınıza diqqətlə yanaşın. Avadanlıq və ya texnika sıradan çıxa bilər. Ev işləri gözlədiyinizdən artıq vaxt tələb edəcək. Planların hamısını reallaşdırmaq mümkün olmayacaq.
Axşam saatlarında bir qədər istirahət edin, qüvvələrinizi bərpa edin. Nikbinlik üçün səbəb var.
Qız - təxribatlara uymayın, fırıldaq qurbanı olmayın. Əhvalınız dəyişkən olacaq. Nigaranlıq və təlaş artır. Buna görə də yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Uzunmüddətli planlar qurmayın. Vədlər verməyin, anlaşmalar və sövdələşmələrə inanmayın.
Günün ikinci yarısında niyyətiniz dəyişə bilər. Dostlar və ya tərəfdaşlar isə bunu dərhal qəbul etməyəcəklər. Yaşananları həddən artıq ciddi qəbul etməyin, olayları ürəyinizə salmayın. Maddi itkilərə görə pərişan olmayın. Tamahkarlıq etməyin. Sevdiyiniz insan sizi dəstəkləyəcək və anlayacaq. Ambisiyalarınız çox olmasın. Yalnız öz qüvvələrinizə güvənin.
Tərəzi - əhəmiyyətli, önəmli hadisə baş verməyəcək. Çoxsaylı kiçik problemlər yaşanacaq. Köhnə dostlarla görüş, qonaq dəvət olunmağınız istisna deyil. Planlaşdırılmamış səfər pis alınmayacaq. Alış-verişdə simiclik etməyin. Biznesə və ya kommersiya layihəsinə pul yatırmaq olar. Günün ikinci yarısında travma riskləri artır. Özünüzü qoruyun. Qida zəhərlənməsinə yol verməmək üçün şübhəli yerlərdə yemək yeməyin. Ev qidasına üstünlük verin.
Əqrəb - hadisələrlə zəngin gündür. Çoxsaylı işlər diqqət tələb edir. Yardıma ehtiyacınız olduğunuzu etiraf edin. Çətinliklər və problemlərin öhdəsindən müstəqil şəkildə, təkbaşına gəlməyə çalışmayın. Birgə fəaliyyət daha yaxşıdır. Belə olarsa, ifrat dərəcədə yorulmayacaqsınız.
Günün ikinci yarısında sənədlərin hazırlanmasında səhvə yol verməyin. Dəyər verdiyiniz insanlarla qarşılaşacaqsınız. Aldığınız məlumat narahatlıq və nigaranlığa son qoyacaq. Əhvalınız yaxşılaşacaq. Kiçik hədiyyələr, sürprizlər istisna deyil. Alış-veriş pis olmayacaq.
Oxatan - çoxdan bəri həyata keçirmək istədiyiniz ideyanızını reallaşdırın. Yaşamınızın bir sıra sahələrinə təsir edəcək uğura nail ola bilərsiniz. Enerjili olun, aktiv davranın. Spontan qərarlar verib düşünülməmiş addımlar atmayın. Yaxın ətrafınızdakı insanlar arasında əməllərinizi təkrarlamaq istəyənlər var.
Günün ikinci yarısında liderlik məziyyətlərinizi nümayiş etdirin. Həmfikirlərinizi və dostlarınızı yığın, onları arxanızca aparın. Şübhə edənlərə isə işin və ya layihənin perspektivli olduğunu anladın. Niyyətlərinizi bölüşməyən insanlarla dil tapmağa can atın.
Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə uğurlara nail ola bilərsiniz. Yaxınlarınızla münasibətlərin möhkəmlənməsi, açıq söhbət və uzunmüddətli tərəfdaşlığa başlamaq üçün münasib zamandır.
Oğlaq - asan və sadə gün deyil. Problemlərin həllinə məsuliyyətli, ciddi yanaşsanız, uğur qazanacaqsınız. Ən xırda detallarda və kiçik məsələlərdə belə laqeyd, tələskən olmayın. Mühüm məsələlərin müzakirəsini ertələsəniz, yaxşıdır. Bu gün mövqelərinizi səbatlaşdırmaq, opponentləri fikirlərindən döndərmək asan deyil.
Günün ikinci yarısı anlaşma və ya sövdələşmə üçün sərfəli deyil.
Şəxsi münasibətlərdə hər şey asan deyil. Fəqət, intuisiyanıza güvənsəniz ciddi problemlər yaranmayacaq. Yaxınlarınızın sizdən nə istədiklərini anlamağa çalışın. Məsuliyyətli davranın.
Dolça - yeni perspektivlər və imkanların yaranacağı gündür. Alacağınız təkliflər çox maraqlıdır. Həddən artıq sadəlövh olmayın. Yaxşı tanımadığınız insanlara inanmağınız təhlükəli ola bilər. Uzaq durmağınız gərəkən insanla sıx təmaslar qurmayın.
Günün ikinci yarısında maliyyə vəsaiti ilə risk etməyin. Səfər və ya səyahətə yollanarkən yol yoldaşlarını diqqətlə seçin. Axşam saatlarında xoşagəlməz xəbərin alınması istisna deyil. Şəxsi münasibətlərlə bağlı önəmli qərarlar qəbul etməyin.
Balıqlar - günün əksər hissəsində başqalarının problemlərini həll etməli olacaqsınız. Yaxın ətrafınızdakı insanlara imkan verməyin ki, sizinlə manipulyasiya etsinlər. Peşəkar fəaliyyət sahəsindəki vurnuxmalar və tələskənlik sizi qıcıqlandıra bilər. İşdə həmkarlar və rəhbərliklə münasibətlər birmənalı deyil.
Günün ikinci yarısında iş yerini dəyişməklə bağlı fikirlər yarana bilər. Düşünülməmiş qərar verməyin. Şəxsi münasibətlər baxımından əlverişli gündür. Səmimi və qayğıkeş olun. Sizinlə tanış olmaq istəyən insanlarla kobud danışmayın. Sevdiyiniz insanı qısqanmağa vadar etməyin.
Milli.Az
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub