Droqba Zahanın transferindən danışdı: "Ona "Qalatasaray"ın necə böyük klub olduğunu izah elədim"

img

17-08-2023 [00:21]


"Qalatasaray"ın və Fil Dişi Sahilinin keçmiş əfsanəvi futbolçusu Didye Droqba həmyerlisi Vilfrid Zaha barədə maraqlı fakt açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Didye Droqba Vilfrid Zahanın "Qalatasaray"a transferində rol oynadığını etiraf edib.

O bildirib ki, transfer prosesində Vilfrid Zaha ilə iki dəfə söhbət aparıb: "Zaha ilə çox yaxşı münasibətim var. O, mənim üçün kiçik qardaş kimidir. "Qalatasaray"a getməzdən əvvəl ona "Qalatasaray"dan danışmışdım. Transfer danışıqları zamanı da Vilfrid Zaha ilə iki dəfə söhbət apardım, ona  "Qalatasaray"ın nə demək olduğunu, necə böyük klub olduğunu izah elədim".

Xatırladaq ki, Droqba "Qalatasaray"ın heyətində 53 matça çıxaraq 20 qol vurub, 13 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR