Prezidentin köməkçisindən ermənilərə açıq mesaj: "Hər hansı təchizata ehtiyacı olsa, Ağdam-Xankəndi yolu işləkdir”
16-08-2023 [12:10]
“Azərbaycan yol blokları, maneə divarları qurmur. Azərbaycan yol inşa edir”.
Mia.az xəbər verir ki, bunu xarici diplomatların Ağdama səfəri çərçivəsində onlara Ağdam-Xankəndi yolu barədə məlumat verən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Qarabağın erməni sakinlərinin hər hansı təchizata ehtiyacı olsa, bu yol işləkdir”, - deyə o bildirib(Report).
Prezidentin köməkçisi daha sonra bildirib ki, Ermənistanın addımları sülh danışıqlarına və iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərir.
Onun sözlərinə görə, Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib: "Ona görə də səfərimizi bilavasitə Bərdə-Ağdam-Xankəndi yolundan başladıq. Bu səfər çərçivəsində Ağdamda həyata keçirilən yenidənqurma işləri ilə tanış olacağıq. Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib, dağlıq hissəni Aran hissəsi ilə birləşdirib. Hətta 1972-ci ildə Heydər Əliyevin göstərişi ilə burada dəmiryolu xətti salınıb. Yol mədəniyyət və sivilizasiyadır. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra ilk gördüyü iş dövlət başçısının göstərişi ilə ərazilərin bərpasına başladı. Bu yollar Qarabağın ermənilər yaşayan hissəsinə qədər çəkilir və hazırda üzərində dayanmışıq. Biz həm də Ermənistan istiqamətinə avtomobil və dəmir yolları çəkirik. Biz maneələr yox, məhz yollar qururuq. Məhz bu gün üzərində dayandığımız yolu da Qarabağın erməni sakinlərinin Azərbaycanın iqtisadi, siyasi sosial inteqrasiyası kimi görürük. Biz Laçın yolunu inkar etmirik, amma digər yolların olması da yaxşı imkandır. Eyni zamanda Azərbaycan yüklərin çatdırılması üçün Füzuli-Şuşa yolunu da təklif etmişdi. Hətta Azərbaycanın guya yolları blokladığını iddia etdilər. Halbuki Azərbaycan təkcə avtomobil deyil, dəmir yolları da açır".
MİA.AZ
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra