Ermənistanın daha bir təxribatının qarşısı alınıb - MN-dən açıqlama

img

16-08-2023 [11:06]


Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR