"Beşiktaş"ın yeni transferi İstanbula gəlib: "Burada olmaqdan çox həyəcanlıyam"

img

16-08-2023 [09:59]


"Beşiktaş"ın yeni anlaşdığı Raşica İstanbula gəlib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İngiltərənin Norviç şəhərindən qalxan təyyarə ilə Atatürk Hava Limanına gələn 27 yaşlı futbolçunu klubun vitse-prezidenti Emre Kocadağ və klub rəsmiləri və azarkeşlər qarşılayıb.

Raşica jurnalistlərə "Çox xoşbəxtəm. Burada olmaqdan çox həyəcanlıyam" deyib. 

Xatırladaq ki, "Qalatasaray"ın keçmiş futbolçusu olan kosovalı Raşica bu gün sağlıq müayinəsindən keçdikdən sonra müqaviləyə imza atacaq.

Ötən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən Raşica 30 matçda 6 qol vurub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq