27-05-2014 [13:14]
Seçkilərin
Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) təşkilatın sədri Anar Məmmədli,
icraçı direktor Bəşir Süleymanlı və "Könüllülərin Beynəlxalq Əməkdaşlığı”
İctimai Birliyinin rəhbəri Elnur Məmmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin
hökmünü Azərbaycan Respublikasında tənqidi fikrin boğulmasının tərkib hissəsi
kimi dəyərləndirir. SMDT
hesab edir ki, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmayan, heç bir əsası olmayan ittihamlar əsasında çıxarılan
hökm, dövlət orqanları tərəfindən seçki müşahidə təşkilatının peşəkar fəaliyyətinin
araşdırılması, ifadə azadlığı, birləşmək və seçki hüququna münasibətdə
yolverilməzdir.
26 may 2014-cü il tarixdə Bakı
Ağır Cinayətlər Məhkəməsi SMDT-nin sədri Anar Məmmədlinin 3 il müddətinə dövlət
və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə
5 il 6 ay, SMDT-nin icraçı direktoru Bəşir Süleymanlının 2 il müddətinə dövlət
və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə
azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb və Bəşir Süleymanlı məhkəmə
zalında həbs edilib. Məhkəmə "Könüllülərin Beynəlxalq Əməkdaşlığı”
İctimai Birliyinin rəhbəri Elnur Məmmədov barəsində 2 il müddətinə dövlət və
yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3
il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirsə də, onun barəsində
Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və 2 il müddətinə şərti cəza
ilə əvəzlənib. Məhkəmə həmçinin, təqsirləndirilən şəxslərin bank hesabındakı vəsaitlərin
müsadirə olunması barədə qərar qəbul edib.
SMDT təqsirləndirilən
şəxslər barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmünü qanunsuz və ədalətsiz hesab
edir. SMDT ümid edir ki, növbəti instansiya məhkəməsi hökmü
ləğv edəcək, və təqsirləndirilən şəxslərə bəraət verəcək.
SMDT xatırladır ki, istintaqın 19 nəfər
"zərərçəkmiş”, 24 nəfər "şahid” kimi tanıdığı şəxslər məhkəmədə ifadə verərək,
zərər çəkmədiklərini bildirib, hakimdən onları zərərçəkmiş şəxslər sırasından
çıxarmağı xahiş edib, istintaqda aldadıldıqlarını bildirərək ifadələrini təsdiqləməyiblər.
Bununla yanaşı Məhkəmə Xətşünaslıq və Məhkəmə Mühasibatlıq Ekspertizasının
istintaq dövründə verdiyi rəylər məhkəmədə təsdiq edilməyib. İstintaq qurupu tərəfindən
Vergilər, Maliyyə nazirliklərindən, o cümlədən QHT-lərə Dövlət Dəstək
Şurasından cəlb edilmiş ekspertlərin imzaladıqları aktlar məhkəmədə sübuta
yetirilməyib. Belə ki, hər 3 ekspert aktlarda göstərilən "subutları” vəkillərin
və digər proses iştirtakçılarının çoxsaylı sualları qarşısında əsaslandıra bilməyib,
yalnız istintaqın verdikləri sənədlər əsasənda akt yazdıqlarını etiraf ediblər
.
SMDT xatırladır ki, müstəqil seçki
müşahidə təşkilatı kimi ölkə vətəndaşları ilə 9 oktyabr 2013-cü il prezident
seçkisinin monitorinqi üzrə könüllü qaydada əməkdaşlıq edib və bu fəaliyyət Azərbaycan
Respublikası Konstitusiyası, o cümlədən Seçki Məcəlləsinin müddəaları əsasında
həyata keçirilib. SMDT həmçinin qeyd edir ki, fəaliyyət göstərdiyi 10 ildən
artıq dönəmdə yerli seçki müşahidəçiliyini Azərbaycan Respublikasının milli qanunvericiliyi, habelə Azərbaycanın
ATƏT-in üzvü kimi qoşulduğu Kopenhagen və Moskva sammitlərinin sənədləri əsasında
həyata keçirib. Bu baxımdan SMDT və KBƏ üzvləri 9 oktyabr 2013-cü il prezident
seçkisinin keçirilməsi üzrə məlumatlar toplamaq, yaymaq və qiymətləndirmə
aparmaqda cinayət əməli törətməyiblər.
SMDT xatırladır ki, Azərbaycan məhkəmə-hüquq və ədliyyə sistemində hökm sürən siyasi ayrı-seçkilik siyasəti nəticəsində müstəqil QHT-lərin dövlət qeydiyyatına alınması məhdudlaşdırılıb. Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatı 14 may 2008-ci ildə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə qanunsuz olaraq ləğv edilib və SMM üzvlərinin təsis etdiyi SMDT Ədliyyə Nazirliyində indiyədək qeydiyyata alınmayıb. Azərbaycanda daxili məhkəmələr SMM və SMDT-nin şikayətlərini təmin etmədiyi üçün hər iki qurumla bağlı birləşmək hüququnun pozulması üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib.
SMDT Azərbaycan hakimiyyətini ölkədə seçkilərin aşkarlığına çalışan təşkilatlar və vətəndaş qruplarının fəaliyyətini inzibati təzyiqlər yolu ilə məhdudlaşdırma siyasətini dayandırmağa, siyasi iştirak imkanlarını təmin etməyə çağırır. SMDT bəyan edir ki, son illər keçirilən seçkilərin, o cümlədən 9 oktyabr 2013-cü il prezident seçkisi üzrə aparılan monitorinqin nəticələri ilə bağlı seçki komissiyaları, media orqanları, QHT və siyasi partiyaların iştirakı ilə ictimai müzakirələrə hər zaman açıq olub və bunu öz missiyasının vacib elementi hesab edib. Bu baxımdan SMDT ölkədə Avropa Şurası və ATƏT-in rəhbər prinsipləri əsasında azad və ədalətli seçki sisteminin yaradılması yönündə davamlı və sistemli çalışacağını, bu prosesdə maraqlı olan bütün dövlət və qeyri-dövlət institutları, milli və beynəlxalq qurumlarla əməkdaşlıq edəcəyini bəyan edir.
Qeyd edək ki, SMDT öz yerli tərəfdaşı KBƏ ilə birgə 9 oktyabr 2013-cü il prezident seçkisini seçki komissiyalarında akkreditə olunmuş müşahidəçilərlə könüllü əməkdaşlıq şəraitində uzunmüddətli və qısamüddətli qaydada müşahidə edib. Müşahidəçilərin təqdim etdiyi məlumatlar əsasında iki dəfə Aralıq Hesabatlar və seçki günündən sonra İlkin Rəy hazırlanaraq ictimaiyyətə yayılıb.
SMDT Avropada Seçki Monitorinqi Təşkilatları Şəbəkəsi (ENEMO), Demokrtaik Seçkilər üzrə Avropa Platforması (EPDE), Parlamentin Monitorinqi Təşkilatları Şəbəkəsi və Avropa Birliyi Şərq Tərəfdaşlıq ölkələri Vətəndaş Cəmiyyəti Forumunun üzvüdür.
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb