Ölkəyə necə dərman gətirmək olacaq? - Qaydalar dəyişdi 

img

15-08-2023 [14:52]


Azərbaycana pasiyentin sifarişi əsasında dərmanlar yalnız reseptdə yazılan miqdarda gətiriləcək.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Dərman vasitələri haqqında" qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə qanunda nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər.

Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.

Dərman vasitələrinin gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına Gömrük Məcəlləsinin 215.1-ci maddəsinə əsasən məhdudiyyətlər müəyyən edilə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq