Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-08-2023 [00:01]
Qoç - yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli olun. Yeni tanışlıqlar istisna deyil. İşgüzar tərəfdaşlar və dostların sayını artıra bilərsiniz. Uğur əldə edə biləcəyinizi düşünmədiyiniz kommersiya layihəsini sona çatdırın.
Günün ikinci yarısında tamamilə yeni işə başlaya bilərsiniz. Hətta özünüzü tam diletant hiss etdiyiniz sahədə nailiyyətlər istisna deyil. Bilik və bacarıqlarınızı artırın. Əldə olunan məlumatlardan yararlanın. Sonradan sizi peşman edəcək səhvlərə yol verməyin.
Buğa - işdə və ya fəaliyyət göstərdiyiniz sahədə çətin vəziyyət yaranıb. Problemin təcili həll yollarını arayın. Maliyyə fonu mürəkkəb olduğundan pullarınızla risk etməyin.
Günün ikinci yarısında aktiv olun. Mümkün qədər çox pul qazanmağa çalışın. Eyni zamanda, özünüzü ifrat yormayın. Qüvvə və səylərinizə qənaət edin. Öhdəsinidən gələ bilməyəcəyiniz işlərə başlamayın.
Yaxınlarınızla münasibətləriniz rəvan deyil. Onların xətrinə dəyməyin, etibarlarını doğruldun. Axşam saatlarında ağır yorğunluq yarana bilər. Xroniki ağrıların kəskinləşməsi, səhhətdə problemlər istisna deyil.
Əkizlər - çoxsaylı mübahisələr xeyli vaxt alacaq. Diskussiyalarda qarşı tərəfi "məğlub" etmək çətin olmasa da, belə davranış yaxşı heç nə vəd etmir. Sizə olan münasibətinə dəyər verdiyiniz insanla ünsiyyətdə diqqətli, həssas olun.
Günün ikinci yarısında bir sıra planlarda dəyişikliklər, niyyətlərdə yeniliklər olacaq. Xoşagələn proses deyil, çünki xeyli qüvvə və səyin hədər getməsi ilə barışmalı olacaqsınız. Digər tərəfdən, köhnə planları yeniləri əvəzləyəcək. Onlar çox pis deyillər. Yeni maraqlar, hobbi formalaşa bilər. Axşam saatlarında sakit istirahətə üstünlük verin.
Xərçəng - işgüzar aktiviliyinizin səviyyəsi aşağı düşəcək. Tənbəllik etməyin. İşləmək, fəal olmaq əvəzinə illüziyalara qapılaraq xəyallar aləmində gərdişə varmayın. Siz götür-qoy edənədək rəqibləriniz və düşmənləriniz irəliləyə bilər. Onların uğur qazanmasına imkan verməyin.
Günün ikinci yarısında xırdalıqlara və detallara fikir verin. Nə qədər sayıq olsanız, şəxsi münasibətlərdəki problemi bir o qədər tez həll edə bilərsiniz. Ailə üzvləri ilə ünsiyyət, ailəvi istirahət və səfər üçün münasib zamandır.
Şir - aktiv və enerjili olsanız, gün uğurlu alınacaq. Uğur səylərə tam mütənasibdir. Tənbəllik etməyin. Bəzi işləri təxirə salmaq istəsəniz də, belə fikirləri başınızdan atın. Süstlük sonradan ciddi fəsadlar yarada bilər.
Günün ikinci yarısında əmlakınıza və maliyyənizə daha ciddi nəzarət edin. Dəyərli əşyanı itirə, fırıldaqçılara hədəf ola bilərsiniz. Maliyyə baxımından əlverişli gün deyil. Romantik təmaslar unudulmaz ola bilər.
Qız - özünüzü ifrat dərəcədə tənqid etməyin, yaranan bütün problemlərdə günahkar bilməyin. Sizə heç bir dəxli olmayan müşkül durumun yaranmasına görə heç bir məsuliyyət daşımırsınız. Başladığınız işi yarımçıq qoymayın. Vədləri yerinə yetirin, öhdəlikləri unutmayın.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Aktiv istirahəti və ya əyləncəni unudun. Evdə də dincələ bilərsiniz.
Tərəzi - maliyyə baxımından uğurlu gün deyil. İtkilər böyük, gəlirlər isə azdır. Çoxdankı rəqibləriniz və bədxahlarınız fəaldırlar. Narahat olmayın: onlar bütün səylərinə rəğmən, heç nə edə bilməyəcəklər. Fəqət, diqqətli və sayıq olun.
Günün ikinci yarısında yaxınlarla münasibətlər o qədər də yaxşı deyil. Təmaslardakı harmoniyanı bərpa edin. Bütün problemləri həll etmək şansının yaranacağını düşünməyin. Ciddi məsələləri tədricən çözün.
Əqrəb - günün ilk yarısı uğurlu olacaq. Peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli irəliləyiş ola bilər. Xoş görüşlər istisna deyil. Bir zamanlar yaxın münasibətlərdə olduğunuz, amma sonradan taleyin yollarınızı ayırdığı insanla qarşılaşacaqsınız. İstəyiniz olarsa, münasibətləri bərpa edə bilərsiniz.
Günün ikinci yarısında ailə-məişət qayğıları, yaxınlarınızla fikir ayrılıqları yaranacaq. Mövqelərinizi mümkün qədər diqqətli, həssas şəkildə qoruyun. Emosiyalarınıza hakim olun.
Oxatan - səbrli olun, təmkinli davranın. İşgüzar münasibətlərdə problemlər yarana bilər. İndiyədək yaxşı anladığınız insanlarla təmaslarda sərinliyin bərqərar olmasına imkan verməyin. Günün ikinci yarısında görüş və ya danışığa ciddi hazırlaşın. Romantik təmaslar istisna deyil. Axşam saatları üçün planlaşdırılmış danışıqlarda mövqelərinizdən geri çəkilməyin. Qarşı tərəfdə özünüz barədə rəğbət hissi yaratmaq üçün məntiqli davranın.
Oğlaq - peşəkar fəaliyyət baxımından əlverişli gündür. Əvvəllər başladığınız, yarımçıq qalan işləri başa vurun. Yeni layihə və ya işə başlamazdan əvvəl yaxşıca götür-qoy edin. İntuisiyanız iti olsun. Sövdələşmə və anlaşmalar xeyir gətirə bilər.
Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yarana bilər. Sevdiyiniz insanla dil tapmaq asan deyil. Qarşılıqlı anlaşmaya nail olmaq üçün səy göstərməli olacaqsınız. Sevdiyiniz insan sizi qısqanacaq.
Dolça - mənfi təmayüllərin təsiri artır. Hər şeyə rəğmən qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Qətiyyət və iradınıza həsəd aparılmalıdır. Rəqiblərlə bədxahları üstələmək üçün diqqətli, sayıq olun.
Prioritetləri nə qədər tez müəyyənləşdirsəniz, irəliləyiş üçün bir o qədər az səy göstərməli olacaqsınız.
Günün ikinci yarısında səliqə və detallara xüsusi fikir tələb edən məşğuliyyətlər zamanıdır. Emosiyalara qapılmayın, hisslərlə hərəkət etməyin.
Konstruktiv məcrada çalışın. Bədbinliyə qapılmayın.
Balıqlar - inadkarlıq və tərslik edərək yaxın ətrafınızdakı insanların xətrinə dəyməyin. Prinsipial hesab etdiyiniz məsələlərdə tərəfdaş və dostlarla münaqişə yaratmayın. Bununla belə, mövqelərinizdən könüllü şəkildə geri çəkilməyiniz də məntiqi olmazdı. Təmkinli, soyuqqanlı davranın. Opponentləriniz sizi anlayacaqlar.
Günün ikinci yarısında improvizələrə hazır olun. Əvvəlcədən hazırlanmış plan üzrə hərəkət etmək alınmayacaq. Təxəyyülü işə salın. Adi günlərdən fərqli olaraq bu gün daha aktiv çalışmalısınız. Dürüst qərarları qəbul edəndə gecikmələrə yol verməyin.
Milli.Az
Almaniyada 250 kiloluq bomba aşkarlanıb, 400 metr radiusda təxliyə həyata keçirilir
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah Bakıətrafı ərazilərdə yollar buz bağlayacaq - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu
Bakıda bu ərazilərdə işıq müvəqqəti olmayacaq
BURAXILIŞ və QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANDI
Bakıda yeniyetmə dəm qazından boğulub
SOCAR AFRİKADA NEFT-QAZ YATAĞINDAN PAY ALDI - Saziş imzalandı
Avropa Liqası: "Fənərbaxça” İstanbulda “Aston Villa”nı qəbul edəcək
SABİQ NAZİRLƏ İCRA BAŞÇISININ ƏMLAKLARI HƏRRACA ÇIXARILDI: bahalı mənzil və maşınlar... - SİYAHI
"Qalatasaray"ın baş məşqçisi: "1/8 finala vəsiqə qazanmaq üçün mübarizə aparacağıq"
İlham Əliyev "Qarabağ"ı təbrik etdi, hakimləri isə... - "Birinci dəfə deyil ki, hakimlər ədalətsiz və qərəzli qərarları ilə..."
Azərbaycan nefti ucuzlaşdı - Bir dollardan çox
Bakıda daha iki nəfər dəm qazından zəhərlənib
Saatlıda iki nəfər narkotiklə tutulub
QƏRB DÜNYASI PARÇALANIR: Tramp geri addım atdı, Avropa isə "Daha gecdir, xoşbəxt vəssal olmaq istəmirik" mesajını verir
"Təhsil haqqında" qanuna dəyişiklik olunacaq
QOCALMANIN QARŞISINI ALAN PEYVƏND İCAD EDİLDİ - 3800 nəfərin üzərində uğurla sınaqdan çıxarılıb
"Liverpula böyük inamla yollanacağıq" - Qurban Qurbanov
Avropadan Trampa ilk rəsmi dirəniş - Parlament ABŞ-la ticarət anlaşmasını müzakirədən çıxardı
Bərzani Papanın qəbuluna getdi: "Kürdlər üçün dəstək istədim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqası: "Qarabağ” tarixi qolla Almaniya komandasını "devirdi" - VİDEO (Yenilənib)
BÜTÜN YOLLAR VƏTƏNƏ QAYTARIR
Prezident İlham Əliyev və ailə üzvləri Trampın iştirak etdiyi panel iclasda - FOTOLAR
Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub
Türkiyədə zəlzələ olub
"Məktəblərdə dərslər dayandırılmayıb"
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlarını yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib