Villian Arao "Panatinaikos"a keçir

img

15-08-2023 [09:05]


Yunanıstanın "Panatinaikos" komandası "Fənərbağça"da oynayan Villian Arao ilə danışıqlar aparır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsmail Kartalın yeni mövsümdə heyətdə düşünmədiyi Villian Arao ilə yunan klubu arasında danışıqlar yekunlaşmaq üzrədir.

Məlumata görə, "Fənərbğxça" 31 yaşlı braziliyalı futbolçunu 5 milyon avroya satmağı planlayır: "Yunan klubu futbolçu ilə anlaşdıqdan sonra "Fənərbağça" ilə bazarlıq edəcək".

Xatırladaq ki,"Fənərbağça" 31 yaşlı futbolçunu ötən mövsüm "Flamenqo"dan 3 milyon avroya satın alıb.

Braziliyalı futbolçu ötən mövsüm 45 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə gözləntiləri doğrultmayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq