Jurnalistin anası prezidentə müraciət etdi

img

27-05-2014 [12:31]


Ermənilərlə işbirliyində təqsirli bilinərək həbs edilən "Ayna-Zerkalo" qəzetinin siyasi şərhçisi Rauf Mirqədirovun anası Rəfiqə Mirqədirova prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya müraciət edib. 

Mia.az AzVision.az-a istinadən xəbər verir ki,R.Mirqədirova ölkə rəhbərliyindən oğlunun azadlığa buraxılmasını xahiş edib.

"Çox xahiş edirəm ki, oğlum saf və təmiz insandır, bütün bunları nəzərə alaraq onu buraxsınlar. Onun cavanlığına, atanın rəhmətə getməsinə, anasının qoca yaşlı qadın olmasına görə günahından keçsinlər”.

Xatırladaq ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA