Un dəyirmanında zəhərlənmə: iki nəfər ölüb, bir nəfərin vəziyyəti ağırdır

img

14-08-2023 [11:43]


Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb.

Mia.az rayon prokurorluğuna istinadla xəbər verir ki, avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR