Ərəblər daha bir dünya ulduzunu alır: "İllik maaşla bağlı detallar müzakirə olunur"

img

14-08-2023 [10:07]


Səudiyyə Ərəbistanının komandalarından olan və məşhur portuqaliyalı məşqçi Jorge  Jesusun sükanı arxasında olduğu "Əl Hilal" dünya uldzunu heyətinə qatır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub Neymar üçün PSJ ilə 60 milyon avroya anlaşıb. 

Məlumata görə, "Əl Hilal" Neymarın "hə" deyəcəyi təqdirdə transferi reallaşdıracaq.

"RMC Sport"un məlumatına görə, Neymar ötən mövsüm "Fənərbağça"nı çalışdıran Jesusun komandasına keçişə müsbət baxır: "Tərəflər hazırda Neymarın illik alacağı maaşın məbləğ üzrə danışıqlar aparırlar".

Xatırladaq ki, Neymar PSJ-də 173 oyuna çıxıb. Braziliyalı ulduz bu matçlarda 118 qol vurub, 77 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR