Türkiyə super liqası: Dzeko 18 dəqiqəyə 2 qol atdı, "Fənərbağça" qazandı

img

14-08-2023 [00:50]


Bu gün Türkiyə super liqasının ilk həftəsində "Fənərbağça" evində "Qaziantep"i qəbul edib.

Mia.az xəbər verir ki, oyunun 3-cü dəqiqəsində "Fənərbağça"lı Edin Dzeko hesabı açıb. Bu qoldan 15 dəqiqə sonrra o, daha bir qola imza atıb - 2:0.

23-cü dəqiqədə isə "Qaziantep" ikinci sarı kartla meydandan qovulub.

Buna baxmayaraq, qonaq komanda 45+5-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb - 2:1.

Lakin ikinci hissədə hər iki komandanın qol fürsəti olsa da, bundan yararlana bilməyiblər.

Beləliklə, matç bu hesabla başa çatıb - 2:1.

Bu oyunla eyni vaxtda "Adana Demirspor" "Rizespor"u 2:1 hesabı ilə məğlub eləyib.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR