Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-08-2023 [00:01]
Qoç - günün ilk yarısı narahat və təlaşlı olacaq. Alınan məlumatlarla informasiyalar ziddiyyətlidir. Situsiyadan baş çıxarın, yaşananların səbəblərini anlamağa çalışın. Belə davranış özünüzlə bahəm, yaxın ətrafınızdakı insanlar üçün də gərəklidir. Yaxşı məsləhətlər ala biləcəksiniz. Anlaşma və sövdələşmələrdə xeyir var.
Günün ikinci yarısında yeni iş, layihə, maraq yaranacaq. Sizi yalnız vaxt çatışmazlığı qayğılandıracaq. Əyləncə və istirahəti bir qədər təxirə salın. Ailə problemlərinin öhdəsindən cəsarətlə gəlin. Yaxınlarınıza sübut edin ki, sizə bel bağlamaq olar.
Buğa - yaxşı nəticələrə nail ola bilərsiniz. Bunun üçün qətiyyətli və iradəli olun. Qəbul etdiyiniz qərarlar, atdığınız addımlar yaxın ətrafınızdakı insanları heyrətləndirə bilər. Bəziləri əməllərinizi təkrarlamaq, yolunuzu getmək istəyəcəklər. Lakin kimsə sizin nəticələri təkrarlaya bilməyəcək.
Sizə paxıllıq ediləcəyinə təəccüblənməyin. Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir. İnsanları anlamağa çalışın. Onlarla bağlı fikirlərinizdə yanılmayın. Yeni anlaşmalar və sövdələşmələr istisna deyil. Yaxşı gəlir əldə edə bilərsiniz.
Səhhətinizdə problem riski var. Özünüzü çox yormayın.
Əkizlər - yaşamınızda köklü dəyişikliklər üçün əlverişli zamandır. Qətiyyətlə və əzmlə çalışmağa, bəzən isə sərt qərar verməyə hazır olun. Sevdiyiniz və ya dəyər verdiyiniz insanla münasibətlərdə yaranan problemlərə rəğmən nikbin olun. Əldə etdiyiniz pullarla qənaətlə davranın. Günün ikinci yarısında sizi dilə tutan və ya əksinə, sizə göstəriş verən insanların sözlərinə tam əməl etməyin. Belə məsləhətlər az olmayacaq.
İşlərinizə kəskin müdaxilə etmək istəyən insanların cəhdlərinin qarşısını alın. Axşam saatlanında normal istirahət etməyə çalışın.
Xərçəng - fəaliyyət planını dəqiqləşdirərək hətta ən kiçik məsələlərdə əvvəlcədən bəlirlənmiş strategiyaya riayət etsəniz, uğur qazanacaqsınız. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insanlarla təmasları aktivləşdirmək üçün pis gün deyil.
Günün ikinci yarısında ailə problemlərini həll edə bilərsiniz. Çətin vəziyyətə düşmüş qohumlara yardım etməyi unutmayın.
Ambisioz olun, qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Biznes-layihələri təhlil etmək, yeni fəaliyyət sahələrini nəzərdən keçirmək üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisindəki perspektivləri götür-qoy edin. Karyera məsələlərində irəliləyişlər ola bilər.
Şir - emosional fon stabil deyil. Əhvalınız sürətlə dəyişəcək. Ən kiçik məsələ və ya olay sizi təbdən çıxara bilər. Digər tərəfdən, işlərdə mikroskopik də olsa, innovasiya sizi sevindirəcək. Gələcəyə nikbin baxan insan yanınızda olarsa, pis deyil. Onun əhvalı sizə də sirayət edəcək.
Günün ikinci yarısında mühüm işləri planlaşdıra bilərsiniz. Diqqətli olsun. Diqqətsizlik uğursuzluq və geriləmə ilə sonuclana bilər. Maliyyə məsələlərində ehtiyatlı olun. Nəzərdə tutulmamış xərclər büdcənizə ziyan vura bilər. Kiçik travmalar və səhhətdə problemlər istisna deyil.
Qız - səbrli davranın, emosiyalarınıza hakim olun. Təmkinli olsanız, mənfi təmayüllərin təsirinin öhdəsindən gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanlar uğur və nailiyyətlərinizi sanki görmürlər. Bundan inciməyin. Bacarıq və biliklərinizə diqqəti cəlb etməyə çalışarkən yanınızdakı insanlara meydan oxumayın.
Günün ikinci yarısında maliyyə fonu uğursuzdur. Xərclər artır və onların əksəriyyəti əbəsdir. Alış-veriş üçün yaxşı zaman deyil. Axşam saatlarını təbiət qoynunda keçirsəniz, pis olmaz. Yeni tanışlıqlar şansı azdır. Romantik münasibətlərin yenilənəcəyinə bel bağlamayın.
Tərəzi - işlərinizdə ciddi uğurlara nail ola bilərsiniz. Lakin düşünməyin ki, gün uğurlu olacaq. Sizi ciddi problemlər və rəqiblərlə çarpışmalar gözləyir. Günün birinci yarısında həll edə bilmədiyiniz problemlər saatlar keçəndən sonra daha da ağırlaşa bilər. Ona görə də aktiv çalışın, diqqətli və sayıq olun.
Günün ikinci yarısında çətinlikləri müstəqil həll etməyə çalışın. Bununla belə, müraciət edəcəyiniz təqdirdə sizə yardım göstərəcək dostlar və tanışlar var. Axşam saatlarında əhvalınızı korlaya biləcək hadisə baş verəcək. Dəvət aldığınız yerə, insanların gur olduğu məkana yollanmayın. Evdə, sakit məkanda istirahətə üstünlük verin.
Əqrəb - maraqlı gün olacaq. Yeni işlərə başlamaq, fərqli layihədə potensialınızı sınamaq olar. Yaxın ətrafınızdakı insanlar sizə yardım etməyə tələsməyəcəklər. Ailə üzvləriniz sizi hərdəmxəyallıqda, baş verənlərə qeyri-ciddi yanaşmada suçlayacaqlar.
Belə münasibət günün ikinci yarısında sizdə müəyyən diskomfort yaradacaq. Təmkinli olmasanız, əhvalınız daha da pisləşəcək. Alış-verişdə çox pul xərcləməyin. Bədxərcliyin mənası yoxdur. Alacağınız əşyanın nə dərəcədə zəruri olduğuna qərar verin.
Oxatan - gərgin, mürəkkəb gündür. Hadisələrin inkişaf məcrası seçdiyiniz yol və bəlirlədiyiniz istiqamətdən asılıdır. İntuisiyanızın səsini dinləyin. Yaxın ətrafınızdakı insanların məsləhətlərindən fərqli olaraq o, nə zaman hansı addımlar atmağın gərəkdiyini sizə dəqiq deyəcək. Mühüm informasiyalardan birini yaxınlarınızla bölüşə bilərsiniz.
Günün ikinci yarısında ümumi maraqlar sizə dostlar və ya sevdiyiniz insanla münaqişə yaratmamağa imkan verəcək. Sizinlə bahəm, dəyər verdiyiniz insanı maraqlandıracaq iş tapın. Yeni hobbi formalaşa bilər.
Oğlaq - təmkinli və soyuqqanlı olsanız, qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Münasibətlərin normada qalması sizdən asılıdır. Yaxın ətrafınızdakı insanlarla təmaslarda çoxsaylı problemlər yarana bilər.
Günün ikinci yarısında münaqişə və ixtilaf riski artır. Buna rəğmən ciddi qarşıdurma olmayacaq. Bunun üçün yetərli səbəb yoxdur.
Maliyyə durumunuzu real qiymətləndirin. Gəlirlər olmasa da, vəziyyət pis deyil. Dostlarla ünsiyyət üçün yaxşı zamandır. Axşam saatlarında səhhətinizin qeydinə qalın. Müalicə-profilaktika tədbirlərini unutmayın.
Dolça - günün ilk yarısı o qədər də uğurlu deyil, amma saatlar keçdikcə durum dəyişəcək. Müsbət təmayüllərin təsiri artır. Problemlərin sayına rəğmən özünüzü itirməyin, təmkinli davranın. Qətiyyətli və inadkar olun. Hansısa çətinliyi aradan qaldırmağa yönəlmiş ilk cəhd uğursuzluqla başa çatsa da, ruhdan düşməyin. Təcrübəli insanlarla ünsiyyət sizə yeni məlumatlar əldə etməyə imkan verməklə yanaşı, qarşınızda yeni üfüqlər açılır.
Günün ikinci yarısında təmaslarınızda diqqətli olun. Təhlükəli insanların şirin dillərinə aldanmayın. Belə adamlarla təmaslar yaxşı heç nə vəd etmir. Axşam saatlarında uğurlu səfər və ya səyahət ola bilər.
Balıqlar - sözlərə yox, əməllərə inanan insanlarla çalışmalı olacaqsınız. Vədlərinizi və cəsarətli açıqlamalarınızı əməllər, real uğurlarla möhkəmləndirin. Belə davranış sizin üçün problem olmamalıdır.
Günün ikinci yarısında yaşlı qohumlarla ünsiyyətdə diqqətli olun. Yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Emosiyalarınıza hakim olun. Vaxtınızı boşuna sərf etməyin. Çox işlərin öhdəsindən gələ bilərsiniz. Əsas məsələ tənbəllik etməməkdir.
Milli.Az
Almaniyada 250 kiloluq bomba aşkarlanıb, 400 metr radiusda təxliyə həyata keçirilir
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah Bakıətrafı ərazilərdə yollar buz bağlayacaq - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu
Bakıda bu ərazilərdə işıq müvəqqəti olmayacaq
BURAXILIŞ və QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANDI
Bakıda yeniyetmə dəm qazından boğulub
SOCAR AFRİKADA NEFT-QAZ YATAĞINDAN PAY ALDI - Saziş imzalandı
Avropa Liqası: "Fənərbaxça” İstanbulda “Aston Villa”nı qəbul edəcək
SABİQ NAZİRLƏ İCRA BAŞÇISININ ƏMLAKLARI HƏRRACA ÇIXARILDI: bahalı mənzil və maşınlar... - SİYAHI
"Qalatasaray"ın baş məşqçisi: "1/8 finala vəsiqə qazanmaq üçün mübarizə aparacağıq"
İlham Əliyev "Qarabağ"ı təbrik etdi, hakimləri isə... - "Birinci dəfə deyil ki, hakimlər ədalətsiz və qərəzli qərarları ilə..."
Azərbaycan nefti ucuzlaşdı - Bir dollardan çox
Bakıda daha iki nəfər dəm qazından zəhərlənib
Saatlıda iki nəfər narkotiklə tutulub
QƏRB DÜNYASI PARÇALANIR: Tramp geri addım atdı, Avropa isə "Daha gecdir, xoşbəxt vəssal olmaq istəmirik" mesajını verir
"Təhsil haqqında" qanuna dəyişiklik olunacaq
QOCALMANIN QARŞISINI ALAN PEYVƏND İCAD EDİLDİ - 3800 nəfərin üzərində uğurla sınaqdan çıxarılıb
"Liverpula böyük inamla yollanacağıq" - Qurban Qurbanov
Avropadan Trampa ilk rəsmi dirəniş - Parlament ABŞ-la ticarət anlaşmasını müzakirədən çıxardı
Bərzani Papanın qəbuluna getdi: "Kürdlər üçün dəstək istədim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqası: "Qarabağ” tarixi qolla Almaniya komandasını "devirdi" - VİDEO (Yenilənib)
BÜTÜN YOLLAR VƏTƏNƏ QAYTARIR
Prezident İlham Əliyev və ailə üzvləri Trampın iştirak etdiyi panel iclasda - FOTOLAR
Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub
Türkiyədə zəlzələ olub
"Məktəblərdə dərslər dayandırılmayıb"
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlarını yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib