Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın olub (Yenilənib)

img

13-08-2023 [19:15]


Qəbələ rayonunun Solquca kəndi yaxınlığında açıq ərazidə 3 ha sahədə kol-kos və quru ot yanıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Mia.az xəbər verir ki, Qəbələ rayonunun Solquca kəndi yaxınlığında başlayan yanğını söndürmək üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR