Türkiyə təhlükəli ölkə statusuna girdi - ÜST qərar verdi, ABŞ və Böyük Britaniya vətəndaşlarına xəbərdarlıq edir

img

08-08-2023 [13:04]


Türkiyədə son 15 ildə təxminən 3,5 milyon insan itlərin hücumuna məruz qalıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Türkiyədə son 15 ildə təxminən 3,5 milyon insan itlərin hücumuna məruz qalıb. 

Quduzluq hallarının ortaya çıxmasından sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyəni ən riskli ölkələr arasında göstərib. 

Məlumata görə, ABŞ və İngiltərə kimi ölkələr də Türkiyəyə səfər edən vətəndaşlarına "Küçələrdə çoxlu it var. Diqqətli olun" xəbərdarlığı edir.

Məlumata görə, Türkiyədə sahibsiz it problemi son vaxtlar daha qorxulu həddə çatıb. 

ÜST-ün məlumatına görə, son 15 ildə təxminən 3,5 milyon insanın it hücumuna məruz qalıb, ölənlər var: "Bununla yanaşı, 2008-2021-ci illər arasında quduzluq xəstəliyinə 2 milyon 959 min 338 nəfər yoluxub. Proqnozlara görə, qarşıdakı daha 500 min nəfər quduzluğa yoluxacaq. Məhz buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyəni ən riskli ölkələr sırasında hesab edir. ABŞ və İngiltərə kimi ölkələr də Türkiyəyə səfər edən vətəndaşlarına açıq xəbərdarlıqlar edir".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR