Daha 20 ailə Laçına - Zabuxa köçürülür (FOTOLAR)

img

07-08-2023 [15:03]


Laçınlıların Laçın rayonunun Zabux kəndinə köçü davam edir.

Mia.az xəbər verir ki, köçə hazırlaşan daha 20 ailə Zabuxda yaşayacağı evlərin bu gün püşkatmasında iştirak ediblər.

Püşkatmada 20 ailə (88 nəfər) iştirak edib: "Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzil ilə təmin olunub".

Məlumata görə, həmin ailələr yaxın günlərdə yola salınacaq.

Zülfiyyə

MİA.AZ

 

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR