Ukrayna Rusiyanın yolunu kəsir: iki strateji körpü vuruldu - FOTOLAR

img

07-08-2023 [00:28]


Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krıma gedən mühüm yollarından biri olan Konqar körpüsünü və Xerson bölgəsindəki Geniçersk körpüsünü raketlərlə vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ukrayna ordusu hər iki körpünü sıradan çıxarıb.

Bu barədə açıqlama verən Putinin Xersona təyn etdiyi qanunsuz valisi Vladimir Saldo bildirib ki, körpüyə doğru 12 raket fırladılıb: "Onlardan 9-u hava hücumundan müdafiə sistemləri tərəfindən havadan zərərsizləşdirlib. Lkain 3-ü hədəfə dəyib. Nəticədə 1 nəfər yaralanıb. Raketlərdən biri ərazinin qaz təminatını həyata keçirən kəmərə dəyib. 20 kindən çox insan buna görə qazsız qalıb".

Məlumata görə, hər iki körpünün vurulmasından sonra ruslar Krıma alternativ yoolllarla hərəkət etməyə başlayıblar: "Xersonu Krımla birləşdirən Konqar körpüsünü vurulduqdan sonra Krıma yükdaşımaları Çaplinka və Armyansk şəhərləri istiqamətindən həyata keçirilir".

Zülfiyyə

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR