Baş nazir boşanır: "Şəxsi həyatımıza hörmət gözləyirik"

img

03-08-2023 [14:48]


Kanadanın baş naziri Castin Trüdo 18 illik həyat yoldaşı Sofi Qrequar Trüdodan ayrılmağa qərar verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 51 yaşlı Trüdo və onun həyat yoldaşı 48 yaşlı Sofi bu barədə "saziş" imzalayıblar.

Baş nazir Castin Trüdo bu barədə açıqlama verərək, boşana xəbərlərininin mediada çox müzakirə olunmamasını xahiş edib: "Övladlarımıza görə şəxsi həyata hörmət edilməsini istəyirik. Biz Sofi ilə birlikdə çətin müzakirələrdən sonra boşanma qərarını verdik. Bundan sonra da həmişə olduğu kimi, bir-birimizə və birlikdə qurduğumuz hər şeyə dərin sevgi və hörmətlə yanaşacağıq. Eyni zamanda, yenilərini də quracağıq".

Xatırladaq ki, onlar 2005-ci ildə Monrealda evlənib və üç övladı var - 15 yaşlı Xavier, 14 yaşlı Ella və 9 yaşlı Hadrien.

Məlumata görə, cütlük son illr bir-birləri ilə anlaşa bilməyiblər. Bu səbəbdən  rəsmi tədbirlərə belə az qatılıblar. Adıçəkilənlər bu ilin mart ayında Kanadada ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cili qəbul edib, may ayında isə İngiltərə kralı III Çarlzın Londonda tacqoyma mərasimində iştirak ediblər.

Samir Musayev

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR