“Bu gün və ya sabah əfv olacaq”-AÇIQLAMA

img

26-05-2014 [11:28]


28 may Respublika günü yaxınlaşdıqca əfv sərəncamının imzalanma ehtimalı gerçəyə yaxınlaşır. Beləliklə, hüquq müdafiəçilərinin bir müddət əvvəl verdiyi proqnoz özünü doğrultmaqdadır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun Modern.az-a verdiyi məlumata görə, əfv sərəncamı bu gün və ya sabah imzalana bilər.

"Biz də gözləyirik. Artıq müraciətlərimizi etmişik. Müraciətimizə siyasi məhbuslar daxildir. Siyahıya "OMON”dan iki nəfər, sabiq səhiyyə naziri Əli İnsanov, Tofiq Yaqublu, "NİDA”çı gənclər, İlqar Məmmədov, Nemət Pənahov və hazırda həbsdə olan jurnalistlər daxildirlər. İstərdik ki, onların hamısı rəsmi əfv siyahısına düşsün və Azərbaycanda siyasi məhbus məsələsi birdəfəlik həll olunsun”, – deyə Novella Cəfəroğlu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA