İsveçin İzmirdəki Konsulluğuna hücum: qadın işçini güllələyən kimdir? - Açıqlama (VİDEO/FOTO)

img

02-08-2023 [00:03]


Türkiyənin İzmir şəhərində yerləşən İsveçin İzmir Fəxri Konsulluğuna hücum olub, bir nəfər güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, konsulluğa hücum edən şəxsin suriyalı olması barədə məlumatlar tirajlanıb.

Lakin Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi bu iddiaları təkzib edib.

Bildirlib ki, hücum edən Z.Ö.adlı şəxs istifadəsində olan silahla mühafizəçilər tərəfindən saxlanılıb və hazırda istintaq davam edir: "Hücum edən şəxs Ağrı şəhərində qeydiyyatda olan Z.Ö adlı əqli qüsurlu şəxs suriyalı deyil. O, Türkiyə vətəndaşı olmaqla, E.T. adlı konsulluq işçisini yaralayıb".

Xatırladaq ki, yayılan məlumata görə, Z.Ö İsveçin İzmir Fəxri Konsulluğuna viza üçün müraciət edib. Lakin onun müraciətinə rədd cavabı gəlib. Bundan sonra konsulluqda dəhşət saçan şəxs Konsulluqda katib işləyən E.T. adlı şəxs adlı türk qadını güllələyib: "Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, dərha əməliyyata alınıb, onun həyatına təhlükə davam edir. Z.O. isə qısa müddətdə tutularaq polisə təhvil verilib".

Türkiyənin rəsmi dairələri bu hücumu şiddətlə qınayıblar.

Lamiyə Əhmədli

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR