Kəşfiyyat Moskvaya növbəti PUA hücumu təşkil etdi, zərər var - Açıqlama

img

01-08-2023 [09:40]


Bu gün gecəyarısı Moskvaya növbəti PUA hücumu baş verib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə paytaxt meri  Sergey Sobyanin açıqlama yayıb.

O bildirib ki, ötən axşam Moskvaya üzərində olan daha bir neçə PUA zərərsizləşdirilib: "Vurulan PUA-ldar biri "Moskva Siti" kompleksinin qülləsinə çırpılıb. Ölənvə yaralanan olmasa da, binaya müəyyən zərər dəyib".

Rusiya mətbuatı yazır ki, hücumu Ukrayna kəşfiyyatı təşkil edib.

Xəbərdə o da deyilir ki, PUA hücumuna görə, Vnukovo hava limanında uçuşlar dayandırılsa da, səhərə yaxın aeroportun fəaliyyəti bərpa olunub.

Xatırladaq ki, Zelenski ötən gün açıq bəyan edib ki, müharibəni artıq yavaş-yavaş Rusiya əraziinə keçirirlər.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR