Prezidentin vəzifədən azad etdiyi SOCAR-ın vitse-prezidentinə yeni vəzifə verildi - Rövşən Nəcəf ona niyə etimad etdi?

img

31-07-2023 [13:42]


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov SOCAR prezidenti Rövşən Nəcəfovun iqtisadi məsələlər üzrə müşaviri təyin edilib.

Məlumata görə, Süleyman Qasımov həmçinin “Petkim”in İdarə Heyətinin sədri, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü olaraq da fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Süleyman Qasımov 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb.

Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “Petkim Petrokimya Holding AŞ”nin (“Petkim”) İdarə Heyətində edilən dəyişikliyə əsasən, Süleyman Qasımov “Petkim” İdarə Heyətinə rəhbərlik edir. O, bu vəzifədə sabiq SOCAR prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevi əvəz edir(Oxu.az).

Mia.az-ın əldə etdyi məlumata görə, SOCAR rəhbəri Rövşən Nəcədin Süleyman Qasınmovva etimadının bir neçə səbəbi var. Bu barədə dəqiqləşdirmələrimiz davam edir.

Samir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR