“Anası erməni olan adamın Müdafiə Nazirliyində nə işi var?!”

img

25-05-2014 [20:35]


"Özü etiraf edib ki, anası ermənidi".

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Hafta.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin Ali Hərbi Akademiyasında yüksək vəzifə tutan polkovnik Seyrah Qafarov haqda danışarkən deyib.

Ü.Cəfərov bildirib ki, Azərbaycanın təhlükəsizlik orqanları ermənilərlə əlaqəsi olan şəxslərə xüsusi diqqətlə yanaşmalıdır: 

"Anası erməni millətindən olan adamın Müdafiə Nazirliyində nə işi var?! Qarabağ savaşının ən ağır dönəmində bu adam Azərbaycan silahlı qüvvələrinə gəlmədi. Zaqafqaziya hərbi dairəsinin əməliyyat idarəsində xidmət edib. Mən bu məsələni qaldıranda onunla əlaqə saxladılar və dedi ki, bəli, mənim anam erməni olub. Onun həm Ermənistanda, həm də Rusiyanın özündə erməni qohumları var. Azərbaycan xüsusi xidmət orqanları bu məsələyə diqqət yetirməlidirlər. Biz ölkənin təhlükəsizliyini belə şəxslərə qurban verə bilmərik".

Eksert iddia edir ki, S.Qafarovun Xocalı soyqırımı ilə əlaqəsi olub: 

"Xocalıda hadisələr baş verən vaxt Seyran Qafarov birbaşa olaraq 366-cı motoatıcı alayın tabe olduğu qərargahda xidmət edib. Həmin alayın Xocalıda hansı əməliyyatlarda iştirak etdiyi haqda məlumatı olub. Onda həqiqətən azərbaycanlı qanı vardısa, niyə o etiraz etmədi?! Vətənpərvərlik nümunəsi göstərib azərbaycanlıları xəbərdar etmədi ki, 366-cı motoatıcı alay belə bir genosid həyata keçirtmək istəyir. müharibə qurtarandan sonra bu adamlar gəlib Azərbaycan ordusuna "soxulublar". O adamları bura yerləşdirənlər Azərbaycan xalqına hesabat verməlidirlər ki, bunda məqsədləri nədir?" 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA