Sabirabadda dəhşətli faciə: əkizləri və daha bir azyaşlını tok vurub öldürdü

img

31-07-2023 [12:15]


Sabirabadda 12 yaşlı əkiz qardaşları və 16 yaşlı qohumunu su kanalında elektrik cərəyanı vuraraq öldürüb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu gün saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - əkiz qardaşlar 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR