Hikmət Hacıyev: "Xaçaturyan BQXK-nın xətti ilə Qarabağdan qaçmağa çalışıb"

img

30-07-2023 [00:30]


"Ermənistanın ictimai xadimləri və media qurumları hərbi cinayətkarın əməllərinə dövlət səviyyəsində haqq qazandırmağa çalışır".

Mia.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev sosial şəbəkədəki hesabında paylaşıb.

O bildirib ki, hazırda Ermənistanın bir sıra rəsmi, ictimai, media qurumları 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanmasına "etiraz etməklə" hərbi cinayətlərə dövlət səviyyəsində dəstək verir və onların bu fəaliyyəti cinayətkarın əməllərinə haqq qazandırmaqdan başqa bir şey deyil: "Xaçaturyan BQXK-nın xətti ilə tibbi evakuasiyadan istifadə edərək Qarabağdan qaçmağa çalışıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR