Əli Ərbaşın qızı Türkiyəni bir paylaşımı ilə "çalxaladı": "Heç səsini çıxarma!" - FOTO

img

27-07-2023 [12:32]


Türkiyə Diyanət İşləri naziri Əli Ərbaşın qızı Feyza Ərbaşın sosial şəbəkədəki paylaşımı gündəm olub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkədəki bahalaşmaya və dollar, avronun məzənnəsinin kəskin yüksəlməsinə diqqəti  çəkən ölənin dini nazirinin qızı paylaşımı ilə buna etiraz edib.

O, üç övladının da fotosunun sosial media hesabında paylaşaraq, yazıb ki, böyük qızı indiyədək 13 ölkəyə, ortancıl oğlu pandemiyaya dəng gəldiyindən 2 ölkəyə indiyədək səfər edib.

Feyza Ərbaş 3-cü övladını isə belə təqdim edib: "Sən isə lobiyacım, avro 30 TL-dir təəssüf ki. cənnət vətənimizdə haraları görə bilərsən artıq. Heç səsini çıxarma".

Onun bu paylaşımı nəinki qısa zamanda medianın səhifələrinə daşınıb, hətta sosial medianın  trendi olub.

Böyük əksəriyyətdən ona dəsətk gəlib. Bəziləri isə "siz ailəlikcə varlısınız" yazıb.

Tahir Şəlvəli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR