Zəngilanda hərbi sursatlar tapılıb - FOTOLAR

img

27-07-2023 [09:04]


Zəngilanda hərbi sursatlar tapılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər.

Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR