YAP Qadınlar Şurasının yeni sədri seçildi

img

24-05-2014 [15:29]


Mayın 24-də Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının ümumrespublika konfransı keçirilib.

Modern.az saytı xəbər verir ki, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva ötən dövr ərzində görülən işlərdən, Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, ölkəmizdə qadınların gündən-günə artan fəallığından danışıb onların milli maraqlar ətrafında sıx birləşməsində Yeni Azərbaycan Partiyasının rolunu qeyd edib.

Bildirib ki, hazırda YAP cəmiyyətin siyasi avanqardı, respublikanın ən nüfuzlu siyasi qüvvəsidir.

Sonra konfransın gündəliyi açıqlanıb. 84 şəhər və rayondan 369 nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra təşkilati məsələlər baxılıb.

Milli Məclisin vitse-spikeri Bahar Muradova YAP Qadınlar Şurasının sədri postuna yenidən Nurlana Əliyevanın namizədliyini irəli sürüb.

Onun namizədliyi dəstəklənib və N. Əliyeva yenidən YAP Qadınlar Şurasının sədri seçilib.

Konfransda YAP Qadınlar Şurasının idarə heyətinin üzvləri, sədri və sədr müavinləri, şura üzvləri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA