Üç millət vəkili YAP Qadınlar Şurası sədrinin müavinləri seçilib

img

24-05-2014 [15:28]


YAP Qadınlar Şurasının Ümumrespublika Konfransında Şura sədrinin müavinləri və Şura üzvləri ilə bağlı seçki keçirilib.

 

APA-nın verdiyi məlumata görə, millət vəkilləri Sevinc Fətəliyeva, Sevinc Hüseynova və Məlahət İbrahimova YAP Qadınlar Şurası sədrinin müavinləri seçiliblər.

Daha sonra YAP Qadınlar Şurasının üzvləri seçiliblər.

Şuranın üzvləri sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Milli Məclis sədrinin müavini Bahar Muradova, Prezident Administrasiyası Dəftərxanasının müdiri Dilarə Seyidzadə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Ailə, Qaldın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı da var.

Şura üzvləri ilə bağlı seçkidən sonra YAP Qadınlar Şurasının sabiq sədri Səriyyə Əbülhəsənova qızı Sevinc Əbülhəsənovanın da YAP Qadınlar Şurasının üzvü seçilməsini təklif edib.

Bu təkliflə bağlı müzakirələr aparılandan sonra təklif səsə qoyulub və qəbul edilib.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA