THY təyyarəsində intihar oldu - Təyyarə təcili eniş elədi

img

26-07-2023 [00:40]


Türk Hava Yollarına (THY) məxsus İstanbul-Mərakeş reysi ilə uçan sərnişin təyyarənin tualetinə girərək intihar edib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, uzun müddət tualetdən çıxmayan sərnişinin intihar etdiyi aydın olandan sonra təyyarə Əlcəzairdə məcburi eniş edib.

Hadisə ilə bağlı THY açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, Mərakeş şəhərinə getmək üçün saat 12.40-da qalxan Boeing737-MAX8 tipli TK 619 təyyarəsində intihar baş verib: "Təyyarədə sərnişinlərdən biri tualetə girirək orada canına qıyıb. Tualetdən çıxarılan sərnişinə əvvəlcə kabin heyəti, daha sonra isə təyyarədə gedən həkim tərəfindən tibbi yardım göstərilsə də, nəticəsiz olub. Təyyarə saat 15:15 radələrində Əlcəzairdə məcburi eniş edib. Təyyarəyə daxil olan tibb işçiləri sərnişinin öldüyünü müəyyən ediblər. Əlcəzair səlahiyyətliləri hadisə ilə bağlı araşdırma başladıb. THY əməkdaşları hadisə ilə bağlı ifadələr veriblər".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR