YAP 60 yaşdan yuxarılara qadağa qoydu - QƏRAR

img

24-05-2014 [12:37]


"Partiyaya üzvlüyə qəbul qaydalarını sərtləşdiririk”.


Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

 

Onun sözlərinə görə, artıq üzvlüklə bağlı bir neçə detalı nəzərə alırlar: "Belə ki, hər müraciət edən şəxsi partiya sıralarına qəbul etmirik. Xüsusilə də müəyyən yaş həddində olan insanları. Çünki YAP 22 ildir fəaliyyət göstərir, 60 yaşlı insanlar var ki, üzvlük üçün bu günə qədər müraciət etməyib, bundan sonra üzv olmaq istəyir. Təbii ki, 60 yaşından sonra belə addım atan şəxs bizi maraqlandırır. "Bu günə qədər harda idin?” sualı yaranır”.

 

S. Novruzov əlavə edib ki, bu qaydada müəyyən istisnalar var.


"Elə şəxslər var ki, uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb və qanun ona partiya mənsubu olmağa icazə verməyib. Lakin elələri də var ki, ona qanun belə qadağa qoymayıb, amma 60 yaşdan sonra gəlir ki, üzv olmaq istəyirəm. Biz hər bir insanın istənilən partiyaya daxil olmaq, partiya mənsubluğu daşımaq hüququnu tanıyırıq. Bu qanunla tənzimlənir. Lakin bizim partiya nizamnaməmiz var və biz bunun tələblərindən çıxış edərək belə bir qərar vermişik. Bunun doğru olduğunu hesab edirik”,– deyə YAP rəsmisi vurğulayıb.


S. Novruzov qeyd edib ki,  rayon-şəhər təşkilatlarına bununla bağlı müvafiq tapşırıqlar verilib.


publika.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA