Türkiyədə güclü zəlzələ oldu - Açıqlama

img

25-07-2023 [10:05]


Bu gün yerli vaxtla saat 08:44-də episentri Adana şəhərinin Kozan rayonu olan 5,5 bal gücündə zəlzələ baş verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələ ətraf rayonlarda da hiss olunub: "Zəlzələnin dərinliyi 11 kilometr olub".

Bu zəlzələdən bir neçə saat sonra isə şəhərdə 4.4 bal gücündə daha bir zəlzələ baş verib. 

Zəlzələ ilə bağlı vətəndaşlar böyük təşviş içində olsa da, bölgədə can və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilmir.

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR