Moskvada dron hücumu həyəcanı: yanğın və dağıntılar var - Rusiya XİN "Bu, terrordur" dedi

img

24-07-2023 [09:35]


Bu gün səhərə yaxın Moskvanın bir neçə istiqamətdə dron hücumu olub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, dronlarla Rusiya Müdafiıə Nazirliyinin yaxınlığındakı yaşayış binalarına və bir ticarət mərkəzinə zərbə endirilib. 

Məlumata görə, ölən və ya yaralanan olmasa da, yanğın və dağıntılar var.

Hadisə ilə bağlı Rusiya Xarici işlər Nazirliyi qısa bəyanat yayıb.

Bəyanatda paytaxt Moskvaya dron hücumu beynəlxalq terrorizm aktı elan olunub.

Rusiya mətbuatı dron hücumunu Ukrayna kəşfiyyatnın törətdiyini yazıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR