Rusiya Qara dənizdə təhlükə saçır: "Bölgəyə icazəsiz girən gəmi ya məhv ediləcək, ya da..."

img

21-07-2023 [15:26]


Rusiya Qara dənizin şimal-qərbində gerçək raketlərlə geniş hərbi təlimə başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Qara Dəniz Donanması qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq, "İvanovets” raket kreyserinin heyəti Qara dənizin şimal-qərbindəki döyüş təlimi bölgəsində "hədəf gəmi"yə gerçək raket zərbələri endirib: "Nəzərdə tutulan plana uyğun olaraq hədəf yüksək dəqiqliklə məhv ediilib...".

Məlumata görə, hazırda təlim davam edir.

Rusiya MN bölgə dövlətlərinə xəbərdarlıq edərək bildiirb ki, təlimin keçirildiy ərazilərə daxil olan istənilən gəmi məhv olunacaq: "Bu ərazilərə icazəsiz daxil olan gəmilərin saxlanılması və ya məhvinə tapşırıq verilib". 

Avropa mətbuatı isə yazır ki, "Taxıl sazişi"ni birtərəfli qaydada tərk edən Rusiyanın "Ukrayna limanlarına gələn gəmilər hərbi yük gəmiləri kimi qəbul ediləcək" xəbərdarlığından sonra Qara dənizin şimal-qərbində real raket atışları ilə hərbi təlimə başlaması bölgədə əlavə böyük gərginliyə yol açıb.

Yeri gəlmişkən, bu gün səhərdən Rusiya ordusu dənizdən Ukraynanın Odessa vilayətini də bombalayır.

Məlumata görə, nəticədə vilayətdə yaralılar var, xeyli infrastruktur dağılıb. Hətta bir taxıl anbarının vurulması 100 ton noxud və 20 ton arpa məhv olub.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR