Putindən daha bir qorxunc qərar: "Ukrayna limanına gedən hər gəmi hərbi hədəfimiz olacaq"

img

20-07-2023 [00:19]


"Taxıl dəhlizi" sazişinin müddətini növbəti uzatmayan Rusiya daha bir diqqətçəkən qərar qəbul edib. 

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Nazirlik bildirib ki, Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yükdaşıyıcı kimi hədəfdə olacaq: "Bu qərar 20 iyul 2023-cü il tarixindən qüvvədə olacaq. Buna uyğun olaraq, bütün ölkələrin gəmiləri vəziyyəti nəzərə almalıdır. Rusiya olaraq bizim tələbimizi gözardı edən bütün gəmilər Ukrayna münaqişəsində Kiyev rejiminin tərəfində iştirak etmiş hesab olunacaq və zəruri tədbirlər görüləcək".

MN əlavə edib ki, Rusiya hərbi dəniz donanması Qara dənizin şimal-qərb və cənub-şərqində beynəlxalq sularda olan bəzi bölgələrə də nəzarəti  gücləndirəcək: "Dənizdəki bu bölgələr də iyulun 20-dən müvəqqəti olaraq təhlükəli ərazilər elan edilir".

Xatırladaq ki, BMT bayrağı altında və Türkiyənin səyləri ilə imzalanan "Taxıl dəhlizi" sazişi indiyədək 3 dəfə uzadılıb. Lakin sazişə əsasən, Rusiyaya məxsus taxıl və kənd təsərrüfatı gübrələrinin dünya bazarına çıxışına şərait yaradılacağı vəd olunsa da, bu istiqamətdə olan sanksiyalar yumşaldılmayıb. Rusiya da bunu nəzərə alaraq, iki gün əvvəl sazişdən təktərəfli çıxıb: "Bu gündən Rusiya dəhlizin təhlükəsizliyinə təminat vermir...".

Lamiyə ƏHMƏDLİ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR