Ərdoğan bu ölkə ilə 50,7 milyard dollarlıq 13 sənəd imzaladı - FOTOLAR

img

20-07-2023 [00:08]


Prezident Ərdoğanın Körfəz turu çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri ilə yeni müqavilə imzalayıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.

Məlumata görə, iki tərəfli müzakirələr zamanı enerji, müdafiə sənayesi, nəqliyyat, tikinti, infrastruktur, logistika, e-ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak kimi sahələrdə dərinləşdirilməsi qərara alınıb: "Ümumilikdə 50,7 milyard dolları əhatə edən 13 sənəd imzalanıb".

Xatırladaq ki, Prezident Ərdoğan bu ölkənin lideri Əl Nahyana da "Togg" maşını hədiyyə edib.

Samir Musayev

MİA.AZ
 

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR