Prezident İlham Əliyev Madər Musayevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
14-07-2023 [20:02]
Prezident İlham Əliyev Madər Əliəsgər oğlu Musayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Mia.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Madər Əliəsgər oğlu Musayev 2023-cü il iyulun 14-də ömrünün 76-cı ilində vəfat etmişdir.
Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olmuşdur. O, 1975–1982-ci illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1964-cü ildə Bakı şəhərində ticarət sahəsində başlayan Madər Musayev 1995-ci ilədək bu sahədə müxtəlif vəzifələrdə çalışmış, iri ticarət mərkəzlərinə rəhbərlik etmiş, ticarətin təşkili və təkmilləşdirilməsi işində mühüm xidmətlər göstərmişdir. O, uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, insanlara münasibətdə həssaslığı və dərin məsuliyyət hissi sayəsində böyük hörmət və rəğbət qazanmışdır.
Madər Musayevin ictimai fəaliyyəti də zəngin olmuşdur. O, XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin və I–VI çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının üzvü kimi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Madər Musayevin xidmətləri təqdirə layiqdir. O, həmçinin Türkiyə, Rusiya, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Tunis, Gürcüstan və Tacikistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmaqla parlamentlərarası qarşılıqlı əməkdaşlığın inkişafına töhfələr vermişdir.
Madər Musayev milli dövlətçiliyə sədaqəti və xalqımızın adət-ənənələrinə xüsusi ehtiramı sayəsində çoxsaylı seçiciləri arasında həqiqi nüfuz sahibi olmuşdur. Xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlərdən idi.
Madər Musayevin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim lazımınca qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2007-ci ildə “Şöhrət”, 2017-ci ildə “Şərəf” və 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.
Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Madər Əliəsgər oğlu Musayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Ədalət Vəliyev
Əhliman Əmiraslanov
Ziyafət Əsgərov
Hicran Hüseynova
Eldar İbrahimov
Eldar Quliyev
Ağalar Vəliyev".
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı