"İnanıram ki, Rusiya 2025-ci ildə Qarabağdakı bəlli bölgələri tərk edəcək" - Ərdoğan Litvada brifinqdə rus sülhməramlıların gələcəyi barədə danışdı

img

12-07-2023 [18:55]


Litvada NATO sammiti çərçivəsində mətbuat konfransı keçirən Türkiyə prezidentə Ərdoğan Qarabağdakı sülhməramlılarla bağlı sualı cavablandırıb.

Mia.az TRT Haber-ə istinadla xəbər verir ki, Ərdoğan rus sülhməramlılarının Qarabağda bəlli bölgələrdəki mövcudluğunun 2025-ci ildə bitəcəyini və bundan sonra rus hərbçilərin Azərbaycan ərazisindən çıxacağına inandığını deyib: "Bu, tərəflər arasındakı anlaşmadan  irəli gəlir. Zatən, qardaşım İlham Əliyev bu məsələni yaxından təqib edir. Bizim mövqeyimizə gəldikdə, inanıram ki, Rusiya 2025-ci ildə üzərinə düşən öhdəliyə əməl edəcək".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR