NATO Baş katibi rəsmi Moskvanın etiraz bəyanatına məhəl qoymadı: “Rusiya kimin NATO üzvü olacağına qərar verə bilməz”

img

12-07-2023 [15:37]


Ukraynanın Litvadakı NATO Sammitində iştirakı və üzvlük prosesi ilə bağlı mühüm addımların atılmasına rəsmi Moskva sərt reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Ukraynaya NATO-nun təhlükəsizlik təminatı verməsi barədə bəyanat və addımları isə çox təhlükəli nəticələr doğuracaq: "Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti verməsi təhlükəli səhvdir. Bu təminatlar Rusiyanın təhlükəsizliyini təhdid edir. Bu, əksinə, Avropanı gələcəyi üçün daha çox təhlükə törədəcək".

Rəsmi Msokvanınbu açıqlamasına isə bu gün az əvvəl NATO-nun baş katibi Stoltenberq Litvada keçirilən sammitdə cavab verib.

O, açıq şəkildə Rusiyaya meydan oxuyaraq deyib: “Rusiya kimin NATO üzvü olacağına qərar verə bilməz”

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR