İlham Əliyev “Sosial xidmət haqqında”  qanuna dəyişikliyi  təsdiq edib

img

12-07-2023 [14:25]


Prezident İlham Əliyev “Sosial xidmət haqqında”  qanuna dəyişikliyi  təsdiq edib.

Mia.az xəbər verir ki, bununla da  “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsindən “himayədar ailə,” sözləri çıxarılıb.

Prezident İlham Əliyevin digər fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Fərmana əsasən, aşağıdakı bəndlər Nazirliyin vəzifələrinə əlavə edilib:

“- valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi və həmin müəssisələri tərk etməsi ilə bağlı qərar verilməsini təmin etmək;

- valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdən öz ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etmək;

- valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsini, habelə həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanmasını təmin etmək;

- himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq (himayəçilik) orqanının funksiyalarının həyata keçirilməsini təmin etmək.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR